Narkotikin təsiri altında avtomobil sürdü – Polis saxladı

Hadisə
11:54 / 24.07.2025
23
Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı "Mercedes-Benz" markalı nəqliyyat vasitəsinin sürücüsü Aydın Şixverdiyev yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb.
Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu üzə çıxıb.
Məhkəmənin qərarı ilə A.Şixverdiyev inzibati qaydada 15 sutka həbs edilib və sürücülük hüququ iki il müddətinə məhdudlaşdırılıb.