Qadını çılpaq fotoları ilə hədələyən şəxsə CƏZA VERİLDİ

Qadını çılpaq fotoları ilə hədələyən şəxsə CƏZA VERİLDİ

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Bağır Məmmədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Sfera.az xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə Bağır Məmmədova 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
 

İttihama görə, Bağır Məmmədov onlayn oyun portalında tanış olduğu zərərçəkmiş Sənubər Qaraşovanın (adı, soyadı şərtidir) etibardan sui-istifadə edib özünü imkanlı şəxs kimi təqdim edərək ailə quracağını yalandan vəd verib. O, qadını aldatmaqla uzun müddətli sevgi münasibətlərini və Sənubərin "WhatsApp"dan ona göndərdiyi çılpaq şəkilləri, habelə aralarında olan intim yazışmalardan ibarət rüsvayedici məlumatların dostu kimi təqdim etdiyi, guya Daxili İşlər Nazirliyində işləyən, əslində, ümumiyyətlə, həyatda mövcud olmayan uydurma "Nazim" adlı şəxs tərəfindən gizli olaraq qeydiyyata alındığını bildirib.


Bağır 2022-ci ilin noyabr ayında kirayə yaşadığı ünvanın yaxınlığında olarkən mobil telefonu vasitəsilə zəng vuraraq həmin məlumatları onun valideynlərinə və rəsmi nikahda olan ərinə göndərilməklə yayılacağı ilə hədələyib. O bu məlumatların guya "Nazim" adlı şəxsin yaymaması üçün qadından hədə-qorxu ilə ümumilikdə 12 520 manat pul alıb.

 

Bundan başqa, Bağır Məmmədov Sənubər Qaraşovanın həyat yoldaşına qarşı ümumilikdə 27 820 manat və digər şəxsə isə 63 000 məbləğində dələduzluq edib. (Pravda.az)


OXŞAR XƏBƏRLƏR

Erməni həkimbarmaqlarımı anesteziyasız amputasiya edib - MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

“Mançester Siti” 40 milyona qapıçı transfer etdi

“Mançester Siti” yeni qapıçı transfer edib.   Sfera.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.   ...

Tələbə ayda 550 manat təqaüd ala bilər – Nazirin müşaviri

“Təkcə standard tələbə təqaüdlərinin deyil, tələbələrə verilən Prezident təqaüdünün də məbləği artırılıb. Hər il 102 nəfərə Prezident təqaüdü verilir. Bu ...

Ceyhun Bayramov Hakan Fidanla sülh prosesini müzakirə etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.   Sfera.az xəbər verir ki, bu bar...

Bülent Ersoyun villasını ALOV BÜRÜDÜ: Sənətçi təcili təxliyə olundu - FOTOLAR

Antalya şəhərinin Aksu, Gazipaşa, Manavgat və Muratpaşa rayonlarında meşə yanğınları baş verib. Alovlar qısa müddətdə yayılaraq yaşayış məntəqələrini də təhlükə...

Tofiq Qaziyev vəfat etdi - FOTO

Rəssam Tofiq Qaziyev vəfat edib.   Sfera.az bildirir ki, bu barədə onun yaxınları məlumat yayıb.   Qeyd edək ki, Qaziyev Tofiq Tapdıq oğlu...