Arvadına və qayınatasına vintaçanla xəsarətlər yetirdi

Hadisə
11:11 / 24.07.2025
37
Neftçalada kişi arvadına və qayınatasına xəsarətlər yetirib.
Sfera.az xəbər verir ki, hadisə dünən saat 17 radələrində rayonun Xıllı qəsəbəsində baş verib.
Qəsəbə sakini 32 yaşlı Fərid Bağırov qayınatası Hüseyn Əhmədova parkda bədən xəsarəti yetirib. Daha sonra evə gedərək arvadı Əfsanəyə də zərbələr endirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübəli bilinən F.Bağırov saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.