Avtomobil 68 yaşlı qadını vuraraq öldürdü

Hadisə
09:18 / 24.07.2025
30
Saatlıda avtomobil 68 yaşlı qadını avtomobil vurub.
Sfera.az xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Saatlı rayonu, Bəylik kəndi ərazisindən keçən 52-ci km-də qeydə alınıb.
1991-ci il təvəllüdlü Həşimov Vüsal Miralı oğlu idarə etdiyi “VAZ-21074” markalı, avtomobil ilə Hacıqabul istiqamətində hərəkətdə olarkən yolu sağdan sola doğru keçən piyada - 1957-ci il təvəllüdlü Əliyeva Rahilə Babaş qızını vurub. Piyada aldığı xəsarətlər nəticəsində Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır. (Report.az)