“Narkozu çox vurdular, 3 yaşlı uşağımın ürəyi partladı” - VİDEO

“Narkozu çox vurdular, 3 yaşlı uşağımın ürəyi partladı” - VİDEO

Biləsuvarda 3 yaşlı Uğur Hacızadə planlı əməliyyata hazırlaşdığı gün həyatını itirib.

 

Sfera.az xəbər verir ki, vəfat edən uşağın anası Aydan Hacıyeva Baku TV-yə bildirib ki, onu mətbəxə kilidləyiblər və çöldə baş verənlərdən xəbəri olmayıb.

 

“Başımı aldatdılar, çöldə nə edirdilər, bilmirəm. Çıxandan sonra, saat 8-ə qalırdı, bildim. Onda da həkim axtardıq, tapa bilmədik, qışqırdım, bağırdım. Əliqismət həkim və yanındakılar ortalığa çıxmadı. İndinin özündə də yoxdur, qapıya da gəlməyib. Narkozu çox vurdular, uşağımın ürəyini partlatdılar”, - deyə ana söyləyib.

 

Mərhumun nənəsi Hökümə Hacıyeva isə bildirib ki, uşağın sadəcə “qrija”sı olub, başqa heç bir problemi olmayıb: “Uşağı Əliqismət həkim elə özü yoxladı və dedi ki, heç bir problemi yoxdur, “qrija”sı var, sabah gətirin əməliyyat edək. Uşağa iynə vurulub, götürülüb. 4 saat gözlədik və dedik ki, bu “qrija” nə olan şeydir ki, bu qədər saat çəkir?! Əl-ayağa düşdük, icazə aldıq ki, yuxarı çıxaq. Sonra babasını çağırıblar ki, uşaq oyanmır. Heç əməliyyat olmayıb, elə iynədən şok verib və uşaq eləcə əlimizdən getdi”.

 

Rəsmi məlumata görə, azyaşlı sol qasıq nahiyəsində yaranan ağrılar səbəbilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onun planlı əməliyyatı üçün hazırlıq işlərinə başlanılıb. Əməliyyat günü saat 15:00 radələrində uşağa anestezioloji preparatlar inyeksiya olunduğu zaman anafilaktik şok baş verib.

 

Hazırda faktla bağlı müvafiq araşdırma aparılır. Ölüm səbəblərinin tam dəqiqləşdirilməsi üçün məhkəmə-tibbi ekspertiza təyin olunub.

 

Daha ətraflı videomaterialda:

 

 


OXŞAR XƏBƏRLƏR

Bakının mərkəzində qanunsuz tikilən bu evlər sökülür - FOTOLAR

Dəmir yollarının ətrafında qanunsuz tikintilər uzun illərdir davam edən problemlərdən biridir. Əsasən Abşeron dairəvi xətti üzrə dəmir yolu, o cümlədən Nərimano...

Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ - Qarşıdakı üç gündə...

İyulun 24-də gündüz əsasən Azərbaycanın şimal və qərb rayonlarında, 25-i gündüzdən 26-sı axşamadək isə ölkənin əksər yerlərində fasilələrlə yağış yağacağı gözlə...

Füzulidə yanğın: helikopter cəlb olundu

Füzuli rayonu Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə açıq sahədə yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar ...

Bu şəxslərə pul veriləcək - Oktyabrın 1-dək...

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə a...

Türkiyədə güclü zəlzələ baş verdi

Türkiyənin Egey dənizi sahillərində 5 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.   Məlumata g...

Elvin Camalov İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri təyin edildi

Elvin Camalov İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri təyin edilib.   Sfera.az xəbər verir ki, E.Camalov 2007-ci ildə Azərbaycan Dövlət İqtisad...