4 yaşlı uşaq yüksək hərarət nəticəsində vəfat etdi

Kateqoriya məlum deyil
T
Abşeron rayonu Xırdalan şəhərində azyaşlı vəfat edib.
Sfera.az “Qafqazinfo”a istinadən xəbər verir ki, iyulun 22-si saat 01 radələrində 2021-ci il təvəllüdlü Aybars Kərimlinin yaşadığı Xırdalan şəhəri Heydər Əliyev prospektindəki evdə hərarəti yüksəlib.
Nəticədə azyaşlı yüksək temperaturun yaratdığı fəsadlardan vəfat edib.
Faktla bağlı araşdırmalar aparılır.






