Gəncədə 24 yaşlı oğlan iki qardaşı bıçaqlayıb qaçdı

Gəncədə 24 yaşlı oğlan iki qardaşı bıçaqlayıb qaçdı

Gəncədə iki qardaş bıçaqlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları aparılır.

 

Sfera.az Report-a istinadla xəbər verir ki, 1993-cü il təvəllüdlü V.Qazıyev və onun qardaşı 1999-cu il təvəllüdlü D.Qazıyev mübahisə zəminində bıçaq xəsarəti alıblar.

 

Onlar xəstəxanaya aparılıb, vəziyyətləri kafi qiymətləndirilir.

 

Onları bıçaqlamaqda şübhəli bilinən 2001-ci il təvəllüdlü F.Qurbanov isə hadisə yerindən qaçıb.

 

Hadisənin başvermə səbəbləri hələ məlum deyil.

 

Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR