Yolda alışan “Mercedes”i su maşını söndürdü - VİDEO

Hadisə
13:05 / 22.07.2025
2378
Bakı-Qazax yolunda “Mercedes-Benz Vito” markalı avtomobil alışıb.
Sfera.az xəbər verir ki, sərnişin daşıyan avtomobil texniki nasazlıqdan anidən alışmağa başlayıb.
Sürücünün şansı onda gətirib ki, həmin zaman yolda su daşıyan avtomobil olub. Ətrafda olanların da köməyi ilə su maşını avtomobili söndürə bilib.
Qeyd edək ki, son günlər havaların kəskin isti keçməsi ilə paytaxt Bakıda və bölgələrdə onlarla avtomobil yollarda alışaraq kül olub. (Musavat.com)