Logo

Qar uçqununa düşən əsgərimizin meyidi tapılıb

Qar uçqununa düşən əsgərimizin meyidi tapılıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, fevralın 9-u axşam saatlarında Murovdağ silsiləsində xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rüstəmov Ülvi Əhməd oğlu baş vermiş qar uçqunu nəticəsində həlak olub.

Bu gün Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-ın sorğusuna cavab olaraq bildiriblər ki, həlak olan əsgərimiz Ülvi Rüstəmovun nəşi hadisə yerindən çıxarılaraq götürülüb.

Artıq əsgərimizin nəşi dəfn olunması üçün doğulduğu Ağcabədi rayonuna aparılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR