Mərdəkan yolunda avtomobil piyadanı vurdu, tıxac yarandı

Kateqoriya məlum deyil
T
Xəzər rayonu, Buzovna-Mərdəkan yolunda piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Qəza səbəbindən yolun hər iki istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması üçün zəruri tədbirlər görülür.






