Səbinə Salmanova vəfat etdi - FOTO

Səbinə Salmanova vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin böyük laborantı Səbinə Salmanova vəfat edib.

 

Sfera.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

 

Bildirilib ki, mərhum şəkərli diabetdən əziyyət çəkirmiş. Ötən gecə qan şəkərinin kəskin yüksəlməsi nəticəsində onun beyninə qan sızıb.

 

Səbinə Salmanova 1975-ci il martın 9-da Qərbi Azərbaycanın Urud kəndində anadan olub. 1997-ci ildə BDU-nun Biologiya fakültəsinin bakalavr, 1999-cu ildə isə magistratura pilləsini bitirib. 2000-ci ildən Eksperimental psixologiya ETL-də böyük laborant kimi fəaliyyət göstərib. 2011-ci ildən Psixologiya kafedrasında “Ümumi psixologiya” ixtisası üzrə doktorantura təhsili alıb, 2023-cü ildən isə saathesabı müəllim kimi çalışıb.

 

Allah rəhmət eləsin.

 


OXŞAR XƏBƏRLƏR

Laçındakı meşə yanğını söndürüldü

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda meşə yanğını başlayıb.   FHN Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, hazırda ...

Qəbul imtahanının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 6-da keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.   Sfera.az xəbər verir ki...

“Səs Azərbaycan”ın iştirakçısı vəfat etdi -VİDEO

“Səs Azərbaycan”ın iştirakçısı, gənc müğənni Qəşəm Cəfərov vəfat edib. Sfera.az xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat yayı...

Azərbaycanda unun topdansatış QİYMƏTİ AÇIQLANDI

Bu günə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 25,8-28 manat, o cümlədən Bakı şəhərində və Abşeron ...

PA rəhbəri Humeyd Obeyd Abuşibslə görüşdü - FOTO

İyulun 17-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hesablama Qurumunun sədri Humeyd O...

İsmayıllıda FACİƏ: 25 gün əvvəl doğulan körpə ölü tapıldı

İsmayıllıda körpə müəmmalı şəkildə ölüb.   Sfera.az bildirir ki, hadisə Qaraqaya kəndində qeydə alınıb.   25 gün əvvəl Bakı şəhərindəki xə...