Gəncədə avtomobil işıq dirəyinə, sonra divara çırpıldı - FOTO
Kateqoriya məlum deyil
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə şəhərin dəmir yolu vağzalının yaxınlığında qeydə alınıb.
"Land Rover" markalı minik maşını idarəetmədən çıxaraq işıq dirəyinə, daha sonra yol kənarındakı hasara çırpılıb.
Qəza zamanı xəsarət alan olmayıb. Avtomobilə, hasara və işıq təsərrüfatına ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır. (Apa.az)











