Tovuzda ağır qəza: 2 nəfər xəsarət aldı

Hadisə
10:30 / 16.07.2025
3483
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, iki avtomobil toqquşub.
Qəza zamanı iki nəfər rayon sakini - 1998-ci il təvəllüdlü M.Paşayev və 2004-cü il təvəllüdlü M.Sadıqova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (Apa.az)