Əsgəranda istehlaka yararsız heyvan cəmdəyi aşkarlandı - FOTO

Əsgəranda istehlaka yararsız heyvan cəmdəyi aşkarlandı - FOTO

Əsgəran postunda istehlaka yararsız iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
 

Qeyd olunub ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Əsgəran postunda Şəmsi Rafayıl oğlu Xaspoladzadəyə məxsus 90-HV-895 dövlət qeydiyyat nişanlı "Mercedes-Benz" markalı avtomobildə təxmini çəkisi 120 kiloqram olan iribuynuzlu heyvan cəmdəyi aşkarlayıb.
 

Baxış zamanı ətin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, orqanoleptik göstəricilərinə görə ətdən kəskin qoxu gəldiyi və rənginin tündləşdiyi, həmçinin antisanitar şəraitdə daşındığı müəyyən edilib.

 

Həmin şəxs izahatında ətin Laçın rayonunun Narışlar kəndində Rizvan Əvəz oğlu Abbasov tərəfindən kəsildiyini və onun sifarişi ilə Ağcabədi rayonuna apardığını bildirib.


Müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub və istehlaka yararsız ət soyuducu anbarda saxlanca yerləşdirilib.
 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 




OXŞAR XƏBƏRLƏR

Bu rayonun 21 kəndində qaz kəsiləcək

Sabah Sabirabad rayonunun 21 kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şir...

Bu rayonlarda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb

Qazax, Ağstafa və Tovuzda küləkli hava şəraiti müşahidə olunur, elektrik enerjisinin verilişində fasilələr yaranıb.   Sfera.az-ın məlumatına görə, gü...

Cəlilabadda dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırıldı

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə ...

MN-də NATO nümayəndə heyəti ilə görüş keçirildi

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Müdafiə Nazirliyinin (MN) nümayəndələri ilə NATO-nun ekspert heyəti arasında işçi görüşü keçirilib.   Bu barəd...

114 yaşlı idmançını maşın vurub öldürdü

Dünyanın ən yaşlı marafonçusu Fauc Sinq Hindistanda dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu haqda CNN-in məlumat yayıb.   114 yaş...

Pakistanda fəlakət qurbanlarının sayı 100-ü keçdi

İyunun son həftəsindən Pakistana təsir edən musson yağışlarının yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 111 nəfərə çatıb.   Sfera.az xəbə...