Abşerondakı partlayışda yaralanan kişi öldü


Abşerondakı partlayışda yaralanan kişi öldü

Bir həftə əvvəl Abşeron rayonu Xırdalan şəhərində baş vermiş partlayışda yaralanan şəxs dünyasını dəyişib.

 

Sfera.az xəbər verir ki, Abşeron Gənclər Şəhərciyində Günel Əliyevanın yaşadığı evdə qaz sızmasından baş vermiş partlayış zamanı bina 37 mənzil 27-də ağır yanıq xəsarətləri alan 1976-cı il təvəllüdlü Novruz Mirzəbala oğlu Ağayev Respublika Yanıq Mərkəzində vəfat edib.

 

O, iyulun 14-ü saat 20 radələrində xəstəxanada vəfat edib.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR