Xaçmazda ağır qəza - Sürücü öldü

Xaçmazda ağır qəza - Sürücü öldü

Gəndob-Yalama avtomobil yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az xəbər verir ki,  "KamAz" markalı yük avtomobili "Çənlibel" parkının qarşısında idarəetməni itirərək arkaya çırpılıb.

 

Nəticədə ağır xəsarətlər alan sürücü Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Onun həyatını xilas etmək mümkün olmayıb. Sürücünün kimliyi dəqiqləşdirilir.

 

Hazırda fakt araşdırılır.

 

(Unikal)


OXŞAR XƏBƏRLƏR