Gəncədə zəncirvari qəza- 4 avtomobil toqquşdu

Hadisə
00:38 / 15.07.2025
3525
Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan “Opel” markalı iki avtomobil, həmçinin “VAZ 2106” və “Hyundai” markalı minik maşınları toqquşub.
Qəza zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)