Lənkəranda ferma yandı

Lənkəranda ferma yandı

Lənkəranda iş adamına məxsus ferma yanıb.

 

Sfera.az-ın məlumatına görə, yanğın hadisəsi rayonun İstisu qəsəbəsində tanınmış fermer təsərrüfatında baş verib.

 

Əraziyə 5 yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub.

 

2 000 kv.m. sahəni əhatə edən yanğın nəticəsində 5 baş iribuynuzlu heyvan tələf olub, 10 mindən çox ot bağlaması yanıb.

 

Qısa müddətdə yanğın lokallaşdırılıb.

 

Meşə zolağı və 5 ədəd kənd təsərrüfatı texnikası yanğından mühafizə olunub.

 

Hazırda yanğının tam qarşısını almaq üçün işlər davam etdirilir.(Report)


OXŞAR XƏBƏRLƏR