Bank kartından oğurluq və dələduzluq edən şəxslər saxlanılıblar

Hadisə
15:07 / 14.07.2025
2038
Nizami rayonu ərazisində bir nəfər işə düzəltmək adı ilə yalan vədlər verərək paytaxt sakininin 3000 manat pulunu talayıb.
Sfera.az xəbər verir ki, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən, axtarışda olan 38 yaşlı N.İbrahimov saxlanılıb.
Bundan başqa, rayon ərazisində bir nəfərin bank kartından 2000 manat oğurlamaqda şübhəli bilinən 27 yaşlı R.Feyzullayev də polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.