Sumqayıtda mənzildə yanğın baş verdi

Hadisə
22:41 / 11.07.2025
2665
Sumqayıtda mənzildə yanğın baş verib.
Sfera.az məlumat verir ki, 1955-ci il təvəllüdlü Hüseynov Rəfael Əli oğluna məxsus, 45-ci məhəllə, ev 3/52, mənzil 51 ünvanında yanğın qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub, alovun qarşısı vaxtında alınıb.
Hadisənin səbəbləri araşdırılır.