Şəmkirdə ikimərtəbəli yaşayış binasında YANĞIN

Hadisə
01:30 / 11.07.2025
2979
Şəmkir şəhərində yanğın baş verib.
Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildiirlib ki, ümumi sahəsi 1200 m² olan ikimərtəbəli yaşayış binasının dam örtüyünün taxta atmaları 30 m² sahədə və 2-ci mərtəbədə bitişik iki mənzilin eyvanlarının dam örtüyünün taxta atmaları 5 m² sahədə yanıb.
Yüksək temperaturdan hər iki mənzilin eyvanının lambirdən ibarət tavanı 4 m² sahədə əriyib. Dam örtüyünün və mənzillərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.