“Mado”da uşağıma yemək aldım, içindən çıxana baxın” - FOTO

“Mado”da uşağıma yemək aldım, içindən çıxana baxın” - FOTO

Bakıda “Mado” restoranlar şəbəkəsində uşağı üçün yemək sifariş verən valideynin başına iş gəlib.

 

Sfera.az “Qafqazinfo.az”a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədəki “Müştəriyəm, şikayətim var” qrupunda paylaşım edən vətəndaşın sözlərinə görə, övladına məhz uşaqlar üçün nəzərdə tutulan hamburqer alıb.
 

Azyaşlı qız sifarişin yarıdan çoxunu yeyəndən sonra yeməyin içindən qığırdağabənzər hissəcik çıxıb.
 

Şikayətçi hadisənin adıçəkilən restoranlar şəbəkəsinin “Gənclik Mall” filialında baş verdiyini əlavə edib: “Ayın 8-də qızlarımla birlikdə restoranda nahar etmişik. Kiçik qızıma uşaqlar üçün nəzərdə tutulan hamburqer sifariş etmişik. İçindən çıxana baxın”.
 

İddialarla əlaqədar “Mado” ilə əlaqə saxlasaq da, sorğumuza yalnız yazılı şəkildə cavab verə biləcəklərini dedilər. Yazılı müraciətimizə isə hələ də cavab ala bilməmişik.
 

Bəs restoranda belə bir hal necə mümkün olub? Verilən qidaların keyfiyyətinə nəzarət olunmurmu?
 

Bu suallarla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, hazırda həmin məsələ ilə bağlı araşdırma aparılır: “Qeyd olunan məsələ Agentliyin Bakı Regional Bölməsi tərəfindən nəzarətə götürülüb. Müvafiq araşdırmalar aparılır.
 

 

Xahiş edirik ki, qida sahəsində bu cür neqativ hallarla rastlaşan istehlakçılar agentliyin 1003 qaynar xəttinə və ya e-qidam mobil tətbiqi vasitəsilə bizə məlumat versinlər. Müraciət daxil olduqdan sonra dərhal araşdırma və qanunamüvafiq tədbirlərin görülməsi təmin olunacaq”.


OXŞAR XƏBƏRLƏR

Sabah bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi yerlərində iyulun 10-da şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.   Bu barədə  Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın də...

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. &nb...

Deputat:"Vasitəçi olmadan keçirilən hər bir görüş iki ölkə arasında ortaq mövqeyin tapılmasını asanlaşdırır"

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində ...

Sabahdan ADY qatarları yay qrafikinə keçir - Hərəkət cədvəli

10 iyuldan etibarən “Azərbaycan Dəmir Yolları” QSC-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən sərnişin qatarları yay qrafikinə keçəcə...

Qaydalara əməl etməyən moped sürücüsü piyadanı vurdu - ANBAAN VİDEO

Qaydalara əməl edib piyada keçidindən istifadə edən piyadanı moped sürücüsü vurub.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini...