Sərxoş sürücünün idarə etdiyi avtomobil kanala AŞDI

Sərxoş sürücünün idarə etdiyi avtomobil kanala AŞDI

Sumqayıt şəhərində avtomobilin kanala aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az xəbər verir ki, hadisə "Qurd dərəsi" bağlar massivi ərazisində qeydə alınıb.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) faktı təsdiqləyib.

 

BDYPİ-nin məlumatında qeyd olunub ki, hadisənin baş verməsinə səbəb sürücünün sükan arxasına sərxoş oturması olub:

"Gecə saat 1:30-da Rövşən Əkbər oğlu Hüseynovun sürdüyü 90-XE-869 dövlət nömrə nişanlı "Volkswagen Jetta" avtomobili idarəetmədən çıxaraq kanala aşıb. Əraziyə dərhal polis əməkdaşları cəlb olunublar.

 

Hadisə nəticəsində sürücü xəsarət almayıb. Nəqliyyat vasitəsi yararsız hala düşüb".


"Təəssüflə qeyd edirik ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülərin qaydalara biganə yanaşması sonda bu cür hadisələrin baş verməsinə gətirib çıxarır. Nəqliyyat vasitəsinin sərxoş halda idarə olunması sürücünün özünün, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə və kobud qayda pozuntusudur.
 

Sürücülər bilməlidirlər ki, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdikləri zaman özlərinin və digər şəxslərin həyatlarına son qoya bilərlər. Sürücülərə tövsiyə edirik ki, yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etsinlər", - deyə məlumatda vurğulanıb. (Oxu.az)


OXŞAR XƏBƏRLƏR