Lənkəranda ağır yol qəzası: Sürücü hadisə yerində öldü

Ötən gecə saat 01:00 radələrində Lənkəran-Lerik avtomobil yolunun Lənkəran rayonu, Darquba kəndindən keçən hissəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, Vəlizadə Ülvi Firdovsi oğlu idarə etdiyi "Khazar" markalı minik avtomobili ilə Lənkəran şəhəri istiqamətində hərəkətdə olarkən sükan arxasında idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarında dayanmış "Mercedes Axor" markalı yük avtomobilinə çırpılıb.
Güclü toqquşma nəticəsində "Khazar" markalı avtomobilin sürücüsü Ülvi Vəlizadə aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır. Milli.az