Sabirabadın 6 kəndində qaz olmayacaq

Hadisə
17:21 / 08.07.2025
4343
Sabah saat 10:00-dan Sabirabad rayonunun 6 kəndinin təbii qaz təchizatı dayandırılacaq.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Məlumata görə, fasilə diametri 225, 160, 110 mm-lik PE orta təzyiqli “Azadkənd-Salmanlı” və “Azadkənd-Cəngən” yeraltı daşıyıcı qaz kəmərləri və üzərindən ayrılan qollarında kipliyin sınağı ilə əlaqədardır. Odur ki, sınaq işləri başa çatanadək Sabirabad rayonunun Çığırğan, Xankeçən, Cəngən, Çiçəkli, Muğangəncəli, Salmanlı kəndlərində (ümumi 1 610 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.