20 yaşlı gənc faciəvi şəkildə öldü - FOTO

Hadisə
11:14 / 08.07.2025
2058
Lənkəranda ötən axşam ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, qəza gecə saatlarında Lənkəran-Lerik magistralında, rayonun Darquba kəndi ərazisində qeydə alınıb.
Belə ki, Lənkəran şəhər sakini 2005-ci il təvəllüdlü Ülvi Vəlizadənin idarə etdiyi "Azsamand" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarında dayanan yük avtomobilinə çırpılıb.
Qəzada ağır xəsarət alan sürücü rayon xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Bütün reanimasion tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.