Kəlbəcərdə hərbçilərin olduğu maşın aşdı

Kəlbəcərdə hərbçilərin olduğu maşın aşdı
Kateqoriya məlum deyil
T

Kəlbəcərdə hərbçilərin olduğu maşın aşıb.

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb.

 

Beyləqan rayon sakini 1980-ci il təvəllüdlü Xaliq Quliyevin idarə etdiyi “UAZ” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

 

Nəticədə sükan arxasında olan hərbçi və digər sərnişinlər - Beyləqan rayon sakini 1988-ci il təvəllüdlü Elmir Həsənov və Gəncə şəhər sakini 2000-ci il təvəllüdlü Vaqif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Yaralıların vəziyyətləri qənaətbəxşdir.

 

Araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR