Bakıda dərzi iş yerində öldü

Hadisə
15:59 / 07.07.2025
4155
Bakıda dərzi işlədiyi sexdə vəfat edib.
Sfera.az xəbər verir ki, hadisə Səbail rayonu Nizami küçəsi 84-də yerləşən dərzi sexində baş verib.
Orada işləyən Ucar rayon sakini 1972-ci il təvəllüdlü A.Abdullayevin halı qəfil pisləşib. İlkin tibbi yardım göstərilsə də, 53 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.