Oğuzda ağac kəsiminə görə polisdə cinayət işi başladı

Hadisə
15:45 / 07.07.2025
3893
Oğuzun Xalxal kəndində meşə təsərüfatına vurulan zərərlə bağlı istintaq araşdırmaları aparılır.
DİN-in Mətbuat xidmətinin regional qrupundan Sfera.az-a bildirilib ki, vələs növündən olan bir neçə ağacın kəsilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Oğuz RPŞ-də cinayət işi başlanıb.
Keçirilən tədbirlərlə həmin əməli törətməkdə şübhəli olan 2 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.
Araşdırmalar davam etdirilir.