Sumqayıtda 70 yaşlı qadın itkin düşdü

Hadisə
20:18 / 06.07.2025
2278
Sumqayıtda 70 yaşlı qadın itkin düşüb.
Sfera.az xəbər verir ki, 1955-ci il təvəllüdlü Səhərnaz Qafar qızı İsxanova iyul ayının 5-də Sumqayıt şəhəri Corat qəsəbəsindən Bakıdakı Təzəpir məscidinə getmək adı ilə evdən çıxıb və həmin gündən etibarən ondan xəbər yoxdur.
Hadisə ilə bağlı polisə məlumat verilib. (Report.az)