Bakıda qardaş qardaşı qətlə yetirdi

Hadisə
12:00 / 03.07.2025
4972
Bakıda qardaş qardaşı qətlə yetirib.
Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə iyulun 3-də səhər saatlarında paytaxtın Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində baş verib.
Orada yaşayan Amin Nuri 1996-cı il təvəllüdlü qardaşı Aslan Nurini öldürüb.
Amin Nuri daha sonra könüllü şəkildə polisə təslim olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.