Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Hadisə
20:00 / 01.07.2025
5393
Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət Nadir qızını bıçaqlayıb.
Çoxsaylı bıçaq yaraları alan 43 yaşlı qadın ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq araşdırmaları aparılır. (APA)