Gəncədə 51 yaşlı qadın evində yıxılaraq HƏYATINI İTİRDİ
Kateqoriya məlum deyil
Gəncə şəhərində qadın bədbəxt hadisə nəticəsində ölüb.
Sfera.az xəbər verir ki, hadisə şəhərin keçmiş məcburi köçkünlərin məskunlaşdığı Yeni qəsəbədə baş verib. Qəsəbədə məskunlaşan Xocalı rayon sakini, 1974-cü il təvəllüdlü Nailə Bağırova yaşadığı evdə ehtiyatsızlıqdan yıxılıb.
Ağır kəllə-beyin travması ilə xəstəxanaya aparılan qadının həyatını xilas etmək mümkün olmayıb. N.Bağırova xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. (oxu.az)






