“Prius”un vurduğu piyada 64 gün sonra öldü

Hadisə
09:27 / 01.07.2025
5136
Nərimanov rayonunda yol qəzasında xəsarət alan piyada 2 ay sonra vəfat edib.
Sfera.az xəbər verir ki, aprelin 26-sı Cahangir Hüseynov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olarkən yolu piyada keçidi olmayan yerdən keçməyə çalışan 1955-ci il təvəllüdlü Xanlar Hüsnü oğlu Qubadovu vurub.
X. Qubadov almış olduğu kəllə-beyin xəsarəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, iyunun 29-u saat 05 radələrində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Nərimanov RPİ-də cinayət işi başlanıb, istintaq aparılır.