Biləsuvarda mopedlə narkokuryerlik edən şəxs saxlanıldı – FOTO

Biləsuvarda mopedlə narkokuryerlik edən şəxs saxlanıldı – FOTO

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ardıcıl əməliyyat tədbirləri keçirilib.

 

Sfera.az xəbər verir ki, tədbirlər zamanı mopedlə hərəkətdə olarkən saxlanılan 24 yaşlı Nicat Kazımovdan ümumilikdə 14 kiloqramdan artıq marixuana, tiryək, heroin, həşiş qətranı və metamfetamin, əlavə olaraq 210 ədəd metadon və preqabalin həbləri aşkarlanıb.

 

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən  digər əməliyyat zamanı paytaxt sakini 57 yaşlı Rövşən Quliyev də narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan 7 kiloqram marixuana aşkarlanaraq götürülüb.


Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
 

Qeyd edək ki, Biləsuvar RPŞ-nin əməkdaşlarının cari ilin ötən dövrü ərzində keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 63 kiloqram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.





OXŞAR XƏBƏRLƏR

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə TİKA arasında əməkdaşlıq - FOTO

Lənkəran Elmi Təcrübə Mərkəzi ərazisində iki istixana istifadəyə verilib. Yeni istixanalar vasitəsi ilə bir il ərzində 20.000 ədəd sitrus və 100.000 ədəd ç...

Moskvanın Bakıya hücumunun əsas səbəbləri -Zəngəzur dəhlizində nə baş verdi?

Rusiya azərbaycanlılara qarşı hücum kartını niyə işə saldı və Moskva Bakıda nə istəyir?   Soydaşlarımıza qarşı Rusiya dövləti səviyyəsində qətllərlə nə...

Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi

"Zəlzələnin ilk günündən ölkəmizə kömək etməyə tələsən Azərbaycan xalqına təşəkkür etmək istəyirəm".   Sfera.az xəbər verir ki, bunu Türkiy...

Paşinyan Kallasla görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qəbul edib.   Sfer...

İran Ukraynaya nota verdi

İran Xarici İşlər Nazirliyinin Avrasiya ölkələri üzrə birinci departamentinin rəhbəri Şəhram Farsai Ukraynanın müvəqqəti işlər vəkilini rəsmi Kiyevin İsrailin İ...

7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmədə ŞOK İFADƏLƏR

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirili...