Ağdamda minaya düşən polis əməkdaşının SON DURUMU

Ağdamda minaya düşən polis əməkdaşının SON DURUMU
Kateqoriya məlum deyil
T

Ağdam rayonunun Papravənd kəndi ərazisində minaya düşən şəxsin son vəziyyəti açıqlanıb.


Sfera.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-a bildirilib ki, iyunun 30-da, saat 1:50-də Ağdam rayonunda baş verən mina partlayışı səbəbi ilə xəsarət alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

 

"1988-ci il təvəllüdlü şəxsə (kişi cinsli) sağ ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib və cərrahi əməliyyat edilib.


Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir", -deyə məlumatda bildirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR