Füzulidə gənc oğlan kanalda batıb, axtarışlar gedir - VİDEO

Hadisə
14:56 / 29.06.2025
3137
Xəbər verildiyi kimi, Füzuli rayonu, Kərimbəyli kəndində 1 nəfər vətəndaşın suvarma kanalında batması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Nazirlikdən Sfera.az-a verilən məlumata görə, hazırda dalğıc-xilasedicilər tərəfindən batdığı ehtimal olunan 2009-cu il təvəllüdlü Nağızadə Nihad Vüqar oğlunun axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.