“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.
Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, görüntülər paytaxtın Nərimanov rayonunda, Baksol adlanan ərazidə qeydə alınıb.
Ərazidə işləyənlərdən öyrəndik ki, oradan keçən kanalizasiya quyusu illərdir bu küçədədir. Gün ərzində sözügedən ərazidən tikinti martealları daşınır. Ehtimal olunur ki, 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və onun ayağı sürüşüb.
İtkin düşən gəncin yaxınları da hadisə yerində axtarışın nəticəsini gözləyirdilər. Onların sözlərinə görə, Cümşüd Cümşüdlü ötən gün axşam saatlarında evdə olub. Ona zəng gəlib və marketə düşmək adı ilə evdən çıxıb.
Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir.
Daha ətraflı videomaterialı təqdim edir.