Siyəzəndə əməliyyat: iki nəfər həbs edildi

Siyəzəndə əməliyyat: iki nəfər həbs edildi

Siyəzəndə saxlanılan 2 nəfərdən müxtəlif növ narkotik vasitələr aşkarlanıb.

 

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə rayon sakinləri Natiq Məhərrəmov və Nurlan Qurbanov saxlanılıblar.

 

Onlardan psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

 

Məhkəmənin qərarı ilə N.Məhərrəmov və N.Qurbanovun barələrində həbs qətimkan tədbiri seçilib.


OXŞAR XƏBƏRLƏR