Türkiyədə meşə yanğınları başlayıb

Hadisə
13:15 / 27.06.2025
1842
Türkiyənin Antalya vilayətinin Alanya və Aksu rayonlarında meşə yanğınları qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə "Anadolu" Agentliyi xəbər yayıb.
Bildirilib ki, hadisə barədə məlumat daxil olan kimi, Antalya Meşə Təsərrüfatı Regional İdarəsinin yanğınsöndürmə qrupları dərhal ərazilərə cəlb olunub. Quru yolla yanaşı, hava vasitələri - helikopterlər və təyyarələr də yanğınsöndürmə əməliyyatlarına qoşulub.
Hazırda təbii fəlakətə müdaxilə davam etdirilir.
Hadisənin başvermə səbəbi ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.