Maqnit qasırğası başladı

Hadisə
10:32 / 27.06.2025
1342
İyunun 27-dən etibarən Yerdə zəif maqnit qasırğası başlayıb.
Sfera.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Fobos” hava mərkəzinin mütəxəssisi Mixail Leus danışıb.
Alimin sözlərinə görə, Yerə qaynar və yüksək sıxlıqlı günəş küləyi daxil olub və bu maqnitosferdə dalğalanmalara səbəb olub.
Onun sözlərinə görə, qasırğa G1 sinfinə aiddir və hələlik orta səviyyəyə çatmayıb. Aktivlik indeksi 1,33 vahid təşkil edir. Fırtınanın bir neçə saat davam edəcəyi və günün ikinci yarısında zəifləməyə başlayacağı proqnozlaşdırılır.
Artıq şənbə günü geomaqnit şəraitinin normallaşacağı gözlənilir.