Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ
Kateqoriya məlum deyil
T

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib

 

Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəsində qeydə alınıb.

 

Hadisə yerinə fövqəladə xidmətlər cəlb olunub.

 

***

 

Hazırda ərazidə güclü yanğın müşahidə edilir. FHN əməkdaşları yanğını söndürməyə çalışır.

 

***

 

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, yayılan xəbərlər həqiqətə uyğun deyil, “Alov” Zavodunda hər hansı partlayış, yanğın baş verməyib.

 

***

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

 

Bu barədə Sfera.az-a FHN-dən bildirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR