Naxçıvanda toy karvanında avtoxuliqanlıq edən sürücülər SAXLANILDI

Naxçıvanda toy karvanında avtoxuliqanlıq edən sürücülər SAXLANILDI
Kateqoriya məlum deyil
T

 

Naxçıvan şəhərində ictimai qaydanın pozulması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətləri edən 75-BG-750 və 77-DL-088 dövlət qeydiyyat nişanlı iki “BMW” markalı avtomobilin sürücüləri saxlanılıb.

 

Sfera.az xəbər verir ki, onlar şəhər ərazisində toy karvanında avtomobil idarə edərkən məqsədli şəkildə təhlükəli manevrlərə yol verərək digər hərəkət iştirakçılarına real təhlükə yaradıblar.

 

Həmin şəxslər barəsində inzibati protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR