Logo

Füzulidə qəzada ölənlərin kimliyi bəlli oldu

Füzulidə qəzada ölənlərin kimliyi bəlli oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Füzuli rayonunda üç nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi müəyyənləşib.

Sfera.az bildirir ki, hadisə 6-cı Qayıdış qəsəbəsi ərazisində qeydə alınıb.

Qəza zamanı "Mercedes" markalı avtomobildə olan Qurbanov Nicat, onun qardaşı Qurbanov Ceyhun və Süleymanov Elçin hadisə yerində ölüblər.

Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan "KİA" markalı avtomobilin sürücüsü Qənbərov Bəndalı Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, vəziyyəti ağır olan B.Qənbərov daha sonra Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.

Faktla bağlı araşdırma davam etdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR