Goranboyda DƏHŞƏT - 19 yaşlı gəncin meyiti TAPILDI

Goranboyda DƏHŞƏT - 19 yaşlı gəncin meyiti TAPILDI

Goranboyda gənc oğlanın meyiti tapılıb.


Sfera.az xəbər verir ki, hadisə rayonun Safıkürd kəndində qeydə alınıb.

 

Belə ki, yaxınları 2006-cu il təvəllüdlü Ayxan Ələkbərovun cansız bədənini yaşadığı evin həyətində aşkarlayıblar. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

19 yaşlı gəncin ölüm səbəbi hələlik məlum deyil.


Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma başlanılıb.


OXŞAR XƏBƏRLƏR