Qarabağ kanalında batan yeniyetmənin axtarışları davam edir

Hadisə
17:54 / 20.06.2025
5796
Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Qarabağ kanalında 15 yaşlı yeniyetmə batıb.
Sfera.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinə (FHN) Qarabağ suvarma kanalının Yevlax rayonunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Dərhal FHN-in qüvvələri tərəfindən axtarışlara başlanılıb.
Hazırda batdığı ehtimal olunan 2010-cu il təvəllüdlü Rəsulov Hüseyn Sübhan oğlunun axtarışları nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən fasiləsiz olaraq davam etdirilir.