İmişlidə 3 otaqlı ev yanaraq kül olub

İmişlidə 3 otaqlı ev yanaraq kül olub
Kateqoriya məlum deyil
T

İmişli rayonunda fərdi yaşayış evində yanğın baş verib.

 

Sfera.az-ın məlumatına görə, hadisə rayonun Əliqulular kəndində qeydə alınıb.

 

Belə ki, ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli 3 otaqlı ev qəfil alışıb.

 

Hadisə yerinə İmişli rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Buna baxmayaraq ev tamamilə yanaraq kül olub.

 

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR