Sumqayıtda tekstil fabriki YANIR

Hadisə
11:59 / 19.06.2025
1871
Sumqayıt şəhərində yerləşən tekstil fabriklərindən birində yanğın hadisəsi qeydə alınıb.
Sfera.az xəbər verir ki, hadisə Sülh prospektində yerləşən tekstil istehsalı ilə məşğul olan müəssisədə qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi, təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində işlər aparılır.
İlkin məlumata əsasən, yanğının yaranmasına səbəb kimi pambıq tullantılarının alışması göstərilir.
Faktla bağlı araşdırma gedir.