Ağcabədi sakini Hacıqabulda bıçaqlandı

Hadisə
23:00 / 17.06.2025
2798
Hacıqabulda bıçaqlanma olub.
Sfera.az-ın məlumatına görə, hadisə rayonun Nəvahi kəndi ərazisində qeydə alınıb.
Ağcabədi rayon sakini, 1995-ci il təvəllüdlü Kərimov Qasım Kərim oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə rayon xəstəxanasına yerləşdirilib.
O, tanımadığı şəxs tərəfindən bıçaqlandığını deyib.
Faktla bağlı araşdırma aparılır