Sərxoş halda qardaşı arvadına qarşı əxlaqsızlıq etdi - Həbs olundu

Sərxoş halda qardaşı arvadına qarşı əxlaqsızlıq etdi - Həbs olundu

Goranboyda sərxoş halda qohumuna əxlaqsız təkliflər edən şəxs məsuliyyətə cəlb edilib.

 

Sfera.az “Qafqazinfo”a istinadla xəbər verir ki, hadisə bir neçə gün əvvəl rayonun kənlərindən birində baş verib.

 

Belə ki, həmin kənddə yaşayan S.Məmmədova (şərti) polisə müraciət edərək hadisə barədə məlumat verib.

 

Məlum olub ki, Kəlbəcər rayonundan məcburi köçkün olan 1990-cı il təvəllüdlü Tural Məmmədov (şərti) sərxoş vəziyyətdə yaşadığı evə gələrək qardaşı arvadına qarşı seksual xarakterli hərəkətlər etməyə çalışıb. Bu zaman gənc qadın evdən küçəyə çıxıb və qayınanasını çağırıb. T.Məmmədov onun arxasınca küçəyə çıxaraq qohumunun ünvanına uca səslə təhqiramiz ifadələr işlədərək əməllərinə davam edib.

 

Hadisə yerinə gələn polis əməkdaşları T.Məmmədovu saxlayıblar və onun barəsində inzibati protokol tərtib edərək Goranboy Rayon Məhkəməsinə göndəriblər.

 

Zərərçəkmiş şəxs olan S.Məmmədova evdə qayınanası və qaynı ilə birgə yaşadığını, ərinin qardaşının spirtli içki aludəçisi olduğunu, əvvəllər də dəfələrlə əxlaqsız təkliflər etdiyini bildirib.

 

T.Məmmədov isə heç nə xatırlamadığını bildirib və təqsiri varsa, peşman olduğunu deyib.

 

Məhkəmənin qərarı ilə T.Məmmədov 15 sutkalıq inzibati həbs edilib.


OXŞAR XƏBƏRLƏR

Beynəlxalq konqresdə Azərbaycanın elm və təhsil sahəsində təcrübəsi paylaşılıb

İyunun 17-də Türkiyənin İstanbul şəhərində keçirilən “Qlobal Dayanıqlı İnkişaf Konqresi”nin rəsmi açılış mərasimi baş tutub.   Sfera.az x...

Ceyhun Bayramov Britaniyanın dövlət katibi ilə müzakirələr aparıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Ləmmi arasında tele...

Rusiyalı iş adamı İrəvanda həbs edildi

İran İsrailə doğru daha bir neçə raket atıb.   Sfera.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.   Qeyd o...

Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb edib

ABŞ Prezidenti Donald Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb edib.   Sfera.az xəbər verir ki, Ağ Ev rəhbəri bunu “Truth Social” s...

Mahmud Əhmədenejat qətlə yetirildi - İran KİV

İranın sabiq prezidenti Mahmud Əhmədinejat Tehranda küçədə açılan atəşlə qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu haqda İran KİV-də xəbərlər ya...

Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb.   Sfera.az xəbər ...